
Parlamentari: Türkiyənin Suriyadakı iştirakı bölgənin rifahına yönələn addımlardır
13:18 21.04.2025
Dünya
549
Türkiyə Əsəd rejimi, İran və Rusiyanın bombardmanları ilə xarabalığa çevirdiyi Suriyanın Türkman dağı (Bayırbucaq) bölgəsinin kənd və qəsəbələrinin yenidən qurulması üçün hərəkətə keçib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məsələ ilə bağlı ətraf mühit və şəhərsalma naziri Murad Kuruma Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən tapşırıq verildiyi və araşdırma aparmaq üçün bölgəyə bir qrup nümayəndə heyətinin göndərildiyi bildirilib.
Bölgədə işlər Mənzil İnşaatı İdarəsinə (TOKİ) həvalə edilib. Xatırladaq ki, Türkman dağı 2015-ci ildə Rusiyanın ağır bombardmanları və İranın dəstəklədiyi qruplar tərəfindən böyük ölçüdə işğal edilmişdi. Bölgənin işğalına rəhbərlik edən terrorçu qruplardan birinin lideri Mihraç Ural o zaman belə demişdi: “650 ilin qisasını aldıq”.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Sherg.az”a bildirib ki, uzun illər davam edən vətəndaş müharibəsi və terror qruplarının fəaliyyəti nəticəsində Suriyada infrastruktura həddindən artıq ciddi ziyan dəyib:

“Eyni zamanda Bəşər Əsədin dövründə mövcud olan və ölkə ərazisinin bir hissəsini əlatələyən idarəetmə strukturları da sıradan çıxıb. Hazırda faktika olaraq Suriya klassik və ənənəvi mənada qəbul etdiyimiz dövlət kimi mövcud deyil. Bu prosesdə və Suriyanın ərazi bütövlüyü məsələsində maraqlı olan, normal dövlət insitutlarının qurulmasına dəstək verən Türkiyənin addımları normal qəbul edilməlidir. Bu gün Suriyada baş verən proseslər, müəyyən qədər sabitliyin yaradılması və hökümətin fəaliyyətə başlaması Türkiyənin bölgədə uzun illərdən bəri davam edən siyasətinin nəticəsidir. İraqda yaşayan türkmənlərin hüquqlarının müdafiəsi də həmin kontekstdən dəyərləndirilməlidir. Türkiyənin Suriyadakı iştirakı ərazi bütövlüyünə, davamlı sülhün olmasına və bölgənin rifahına yönələn addımlardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya
Əbu-Dabidə Ukrayna müharibəsi üzrə danışıqlar başladı
12:21 10.11.2026
Gündəm
BDYPİ səfərdən qayıdan sürücülərə xəbərdarlıq etdi
12:10 10.11.2026
Cəmiyyət
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
12:03 10.11.2026
Rəsmi