Paşinyanın Ermənistanın müharibə itkilərini gizlətməsi üzə çıxdı
03:43 21.03.2021
Dünya
474
Ermənistanın baş naziri Nikol Paşinyanın ikinci Qarabağ müharibəsi zamanı ölkənin həlak olan hərbçilərinin rəsmi sayı ilə bağlı açıqlaması hökumət tərəfindən daha əvvəl elan edilmiş rəqəmlərlə açıq-aydın uyğun deyil.
“Report” xəbər verir ki, bununla bağlı faktları “Yerkirmedia.am” üzə çıxarıb.
Qeyd edək ki, baş nazir ötən gün müharibədə 3 250 nəfərin həlak olmasının rəsmən təsdiqləndiyini, daha 189 valideynin DNT analizi nümunələri verdiyini və cavab gözlədiyini bildirib.
Lakin hələ fevralın 13-də Ermənistanın Səhiyyə Nazirliyi elan edib ki, (məhkəmə-tibbi ekspertizasına aid olanlar - red) qeydə alınmış müharibə qurbanların sayı artıq 3 577 nəfər təşkil edir və 428 meyitdən götürülən DNT nümunələri ekspertizadan keçirilir. Səhiyyə naziri Anait Avanesyan öz növbəsində bildirib ki, həlak olmuş hərbi qulluqçuların çoxsaylı meyitləri Metsamor meyitxanasının yaxınlığında yerləşən "Spayk" şirkətinin soyuducularında saxlanılır.
“Əlavə etmək lazımdır ki, hər gün aparılan axtarış əməliyyatları nəticəsində indiyə qədər onlarla meyit aşkarlanıb”, - “Yerkirmedia.am” qeyd edib.
“Fevralın 13-ə olan məlumata əsasən Ermənistan tərəfində (məhkəmə-tibbi ekspertizasına aid olanlar) qeydə alınmış qurbanların miqdarı 3 577 nəfər təşkil edir. 428 meyitin DNT nümunələri tədqiq edilir, bu rəqəm də Səhiyyə Nazirliyi tərəfindən dərc edilmiş 3 577 itki siyahısına daxildir.
“Yeri gəlmişkən, hələ 20 yanvarda Paşinyanın iştirakı ilə Milli Məclisin iclasında baş nazirin müavini Tiqran Avinyan elan edib ki, hazırda 3 439 nəfərin həlak olması təsdiqlənib. Yanvardan ötən 2 ay ərzində aparılan axtarış əməliyyatları nəticəsində hər gün yeni meyitlər tapılır”, - mətbu orqan vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya