Pavel Durov: "Aİ şirkətləri cəzalandırmaq üçün icrası mümkün olmayan qaydalar qoyur"

"Telegram"ın yaradıcısı Pavel Durov bildirib ki, Avropa İttifaqı rəhbərliyi texnoloji şirkətlər üçün icrası mümkün olmayan qaydalar müəyyən edir.

Oxu.Az xəbər verir ki, P.Durov bu barədə özünün "X" hesabında yazıb.

O, İlon Maskın "X" sosial şəbəkəsinin120 min avro məbləğində cərimə olunmasını bu cür qiymətləndirib.

"Aİ söz azadlığını məhdudlaşdrmaqdan imtina edən texnoloji şirkətləri cəzalandırmaq üçün icrası mümkün olmayan qaydalar müəyyənləşdirir. Biz eynisini Fransada görmüşük: əsassız "cinayət araşdırmaları" aparıldı, sonra isə xüsusi xidmət orqanları Rumıniya və Moldovada söz azadlığına sakitcə senzura qoyacağı təqdirdə "Telegram"a öz yardımlаrını təklif etdi", - P.Durov yazıb.