Pekin müvaqimətə hazırlaşır
Fidan Həmişəyeva
08:31 11.03.2021
Dünya
644
Vaşinqton Tibetin mühacirətdə yaşayan lideri Dalay Lamanın varislik prosesində Çin hökumətinin heç bir rolu olmaması gərəkliyini açıqlayaraq Pekinin bu məsələyə müdaxiləsinin yolverilməzliyini bildirib. Dövlət Departamentinin sözçüsü Ned Prays Dalay Lamayla bağlı suala savab verərək deyib ki, “Çin hökumətinin Dalay Lamanın varislik prosesində heç bir rolu olmamalıdır”.
Məsələ burasındadır ki, Çin Tibeti 1950-ci illərdə ram etdikdən sonra Dalay Lama hələ uşaq yaşlarında oranı tərk etmiş və bundan sonra müharicət həyatına başlamışdı. Dalay Lama Hindistan ərazisində yaşayır.
O, illərdir Çinin siyasətini tənqid edir, dünyanın müxtəli liderləriylə görüşüb fikir mübadiləsi aparır.
Dalay Lamanın Tibet üçün müstəqillik tələb etmədiyini söyləyən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, o, bölgənin muxtariyyəti ilə kifayətlənə biləcəyi fikrindədir.
Analitik qeyd edib ki, buna baxmayaraq, Pekin Dalay Lamanın fəallığından narahatdır:
“Digər tərəfdən Pekin Tibetin dini liderini özü seçir. Məntiq budur ki, dini lider Tibetin özündə yaşamalı və Çinin qanunlarına tabe olmalıdır. Bu isə Qərb ölkələrinin narazılığa yol açır. Ancaq Qərb ölkələrinin, o cümlədən Vaşinqtonun Pekinin qərarını dəyişdirməsi üçün əlində kifayət qədər aləti yoxdur. Çinə qarşı sanksiyalar da nəticə vermir.
Bu arada, “South China Morning Post” qəzetinin yazdığına görə Çinin lideri Si Tzinpin hərbçilərə ölkənin toqquşduğu təhdidlərlə əlaqədar mürəkkəb və çətin situasiyalara hazır olmalarını tapşırıb. Çin lideri çıxışnda bunları bildirib: “Ölkəmizdə təhlükəsizliklə bağlı yaranan yeni vəziyyət olduqca qeyri-sabit və qaranlıq görünür.
Bütün silahlı qüvvələr potenisalın gücləndirilməsi və döyüş qabiliyyəti arasında qarşılıqlı əlaqəni koordinasiya etməli, hər bir anda çətin situasiyalara hazır olmalı, suverenliyimizi, təhlükəsizlik maraqlarımızı qərarlıqla qorumalı, sosialist dövlətin quruculuğuna dəstək verməlidir”.
Çinin müdafiə naziri Vey Fenhe də lideri kimi düşünür. Müdafiə naziri Çinin milli təhlükəsizliyinin “ən yüksək risk fazasında olduğunu” bəyan edərək, ordunun əvvəlki dövrlərdə olmadığı qədər yüksək sayıqlılıq nümayiş etdirməli və döyüş qabiliyyətini artırmalı olduğunu söyləyib. Bununla Pekin demək istəyir ki, Çinin ona qarşı atılan addımlara verəcəyi cavabı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat