Pentaqonun açıqlamadığı itkilərlə bağlı iddia: İranda 22 ABŞ hərbçisi ölüb

İranla müharibə zamanı ABŞ ordusunun Pentaqonun açıqladığı rəqəmdən daha çox itki verdiyi iddia olunub.

Sherg.az xəbər verir ki, “Washington Post”un 6 ABŞ rəsmisinə istinadən yaydığı xəbərə görə, İranla qarşıdurmalar zamanı Yaxın Şərqin müxtəlif hərbi bazalarında xidmət edən ən azı 22 ABŞ hərbçisi həyatını itirib.

Bildirilir ki, bu rəqəm Pentaqonun açıqladığı 18 ölüm faktından çoxdur. Mənbələrdən biri ictimaiyyətə açıqlanmayan ölümlərin hamısının birbaşa döyüşlə bağlı olmadığını, lakin həmin şəxslərin qarşıdurmalar zamanı Yaxın Şərqdə xidmət edən ABŞ hərbçiləri olduğunu bildirib.

ABŞ-ın müdafiə naziri Pit Heqseth isə iddianı rədd edib. O, xəbəri “iyrənc və əsassız” adlandıraraq, “Tamamilə yalandır” deyib.