Pentaqonun başçısı Əfqanıstana gözlənilməz səfər edib
15:25 21.03.2021
Dünya
446
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Əfqanıstana gözlənilməz səfər edib.
AZƏRTAC ToloNews telekanalına istinadla xəbər verir ki, Pentaqonun başçısı Kabildə yüksək vəzifəli yerli məmurlarla görüşmək niyyətindədir. KİV ehtimal edir ki, tərəflərin müzakirə mövzusu xarici qoşunların Əfqanıstandan çıxarılmasının müddəti ola bilər.
ABŞ Prezidenti Co Bayden bu yaxınlarda ABC telekompaniyasına müsahibəsində amerikalıların bu ölkədən mayın 1-dək çıxarıla biləcəyini, lakin dəqiq müddət barədə son qərarın qəbul olunmadığını demişdi. “Sabiq Prezident Donald Trampın “Taliban” hərəkatı ilə əldə etdiyi razılaşma o qədər də möhkəm deyil. Bu səbəbdən müttəfiqlərimizlə, həmçinin hökumətlə məsləhətləşmələr aparırıq və qərar hazırlıq mərhələsindədir”, - deyə Bayden bildirmişdi.
Xatırladaq ki, ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi ötən il fevralın 29-da Qətərin paytaxtı Dohada imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəyi barədə zəmanət verib.
Saziş imzalandığı vaxtdan bəri taliblər Amerika tərəfini razılaşmanı pozmaqda dəfələrlə ittiham edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya