Peskov Qələbə Günü ilə bağlı atəşkəsin müddəti barədə suala cavab verib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qələbə Günü münasibətilə elan olunacaq atəşkəsin konkret müddəti yaxın vaxtlarda açıqlanacaq.

“O müddətlər elan olunacaq”, - deyə o, atəşkəsin konkret gün və saatlarının artıq müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi barədə suala cavab verərkən bildirib.

Sherg.az xəbər verir ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp ilə telefon danışığı zamanı Qələbə Günü qeyd olunan dövrdə atəşkəs elan etməyə hazır olduğunu ifadə etmişdi. Tramp bu təşəbbüsü dəstəkləyərək qeyd edib ki, bu bayram İkinci Dünya müharibəsində nasizm üzərində əldə olunmuş ümumi qələbəni simvolizə edir.