"Politico" yazır ki, Almaniya Rusiya ilə çəkindirmə məqsədilə Ukrayna və İsraildən daha ucuz və uzaqmənzilli qanadlı raketlər əldə etmək imkanlarını araşdırır.
Sherg.az xəbər verir ki, məlumata görə, təşəbbüs ABŞ-nin Almaniyaya “Tomahawk” raketləri ilə təchiz olunmuş hərbi bölmə göndərməkdən imtina etməsindən sonra aktuallaşıb.
Berlin xüsusilə Ukraynanın “Fire Point” və İsrailin “Covenant” kimi müdafiə şirkətləri ilə maraqlanır. Lakin bu, hələlik konkret satınalma qərarı demək deyil.