"Politico" yazır ki, Ukrayna prezidenti Volodimir Zelenskinin “həddindən artıq ambisiyaları və sərt ritorikası” Avropa İttifaqı ilə Ukrayna arasında münasibətlərin ciddi şəkildə zəifləməsinə səbəb olub.
Sherg.az xəbər verir ki, məqalədə qeyd olunur ki, Aİ ölkələri Kiyevi dəstəkləməyə davam etsə də, ABŞ-dan silah alıb Ukraynaya göndərmə mexanizmləri üzərindən yardım göstərir. Lakin Brüssel-Kiyev münasibətlərində “gərginlik və yorğunluq” hiss olunur.
"Politico"nun sitat gətirdiyi mənbələrə görə, Avropa liderləri Ukrayna rəhbərliyinin tələbkar mövqeyindən narahatdır. Almaniya kansleri Friedrix Mertsin Ukraynanın 2027-ci ildə Aİ üzvlüyü ilə bağlı iddialarını “real deyil” kimi qiymətləndirdiyi xatırladılır.
Nəşr bildirir ki, Aİ-Ukrayna münasibətləri müharibə dövrünün ən aşağı nöqtəsinə yaxınlaşıb. Buna baxmayaraq, Avropa ölkələri ABŞ silahlarını alaraq Ukraynaya göndərməkdə davam edir.
Məqalədə həmçinin qeyd olunur ki, bəzi Qərb rəsmilərinə görə Zelenski Ukraynanın yalnız özü üçün deyil, bütün Qərb üçün döyüşdüyünü düşünür və bu səbəbdən daha az diplomatik və daha tələbkar mövqe sərgiləyir.
"Politico" yazır ki, NATO daxilində “PURL” adlı proqram çərçivəsində Avropa ölkələri ABŞ-dan silah alır və bunu Ukraynaya təmənnasız şəkildə ötürür.