
Politoloq: Azərbaycana qarşı mübarizədə Qərb də, Rusiya da Ermənistanı dəstəkləyir
10:41 17.09.2024
Dünya
501
Caliber.az sentyabrın 14-də "Böhran görüntüsü: Rusiya-Ermənistan-Qərb üçbucağında nələr baş verir" məqaləsində Rusiyanın Ermənistana silah tədarükünü bərpa etdiyini bildirib. Nəşr bu gün məlumatın növbəti təsdiqini alıb. Bildirilib ki, Moskva İrəvana böyük miqdarda "Smerç" reaktiv yaylım atəşi sistemi (YARS) üçün raketlərin göndərilməsinə başlayıb. Bu, təbii olaraq, Ermənistanın revanşist və təcavüzkar planlarını qızışdırır.
Rusiyanın Ermənistan ordusunu yenidən silahlandırması Moskva ilə İrəvan arasında "ciddi fikir ayrılıqları" fonunda baş verir ki, bu da əvvəllər qeyd edildiyi kimi, dünyanın, o cümlədən 2022-ci ildə Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayan Azərbaycanın da diqqətini yayındırmaq üçün oynanan siyasi tamaşadan başqa bir şey deyil. Ermənistana Rusiya silahlarının tədarükünü diqqətlə gizlətmək cəhdlərinə baxmayaraq, Bakıda bu barədə yaxşı məlumatlıdırlar və müvafiq nəticələr artıq çıxarılıb.
Politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, Ermənistanla Rusiya münasibətləri köklü tarixə malikdir:

“Ermənistan dövlətinin varlığı və regionda qurulması bütövlükdə Rusiya ilə bağlıdır. Əgər Rusiya olmasa idi, nə Cənubi Qafqazda Ermənistan dövləti olardı, nə də ermənilərər regiona köçürülərdi. Yəni ermənilər Anadolunun Şərqində və Cənubunda kiçik icmalar şəklində yaşayan toplu halına gələrdilər və təcridən assimlasiya olardılar. Ermənistanda Rusiyanın dayaqları köklüdür. Hətta Ermənistanın lobbisində, diasporasında və kilsənin özündə də Rusiya təsiri açıq şəkildə hiss olunur. Nikol Paşinyan Qərbə inteqrasiya edən siyasətçi olsa da, Ermənistanı asanlıqla Rusiyanın təsirindən çıxara bilməyəcəyinin fərqindədir. Ona görə müəyyən vaxtlarda radikal çıxışlar etsə də, əksərən balanslı siyasət yürüdür. Belə olan halda da Rusiya ilə Ermənistan arasında gərginlik görsək də, reallıqda Moskva İrəvanı hər zaman dəstəkləyir. Həmçinin Şimal qonşumuz əslində sülh müqaviləsinin imzalanmasını istəmir. Çünki rəsmi Moskva sülh müqaviləsinin imzalanacağını dərk etdiyinə görə özünün moderatorluğu ilə gələcəkdə yenidən alovlanacaq münaqişəni özündə ehtiva edən sülh razılaşmasının imzalanmasını istəyir. Belə bir razılaşma isə su üzərində yazılan sülh müqaviləsi olacaq”.
Ekspert qeyd edib ki, Azərbaycanın heç vaxt Rusiya ilə problemi olmayıb:
"Rusiyanın imperialist maraqları çərçivəsində Cənubi Qafqaza münasibəti isə hər zaman birmənalı olub. Bu gün dəyişən reallıqlar və Rusiya-Ukrayna müharibəsi fonunda rəsmi Moskva özünü hümanist göstərsə də, əslində Rusiya həmişə Cənubi Qafqaza arxa bağçası kimi baxır. Artıq dövr dəyişib və Rusiyanın qarşısında zəif Azərbaycan yoxdur. Azərbaycan Rusiyaya hər zaman dost, mehriban qonşuluq münasibəti bəsləyib. Bunun dəyərini isə Rusiyanın nə dərəcədə bilməsi öz işidir. Azərbaycan heç bir gücün diqtəsi ilə hərəkət etmir. Rusiyanın etdiyi bütün neqativ addımları Azərbaycan heç zaman unutmur. Rusiya 44 günlük Vətən müharibəsində belə Ermənistana 500 tona yaxın silah yardımı göstərib. Hər şeydən öncə “İngəndər” raketlərinin Ermənistana verən dövlətin Rusiya olduğu da bəllidir. Rusiya və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında və Avrasiya İttifaqında birlikdədirlər. Bu əməkdaşlıq davam etdikcə Rusiya və Ermənistan münaqişəsindən danışmaq absurddur. Ermənistan nə vaxt Avrasiya İttifaqı və KTMT-dən çıxsa, həmin zaman iki ölkə arasında müəyyən münaqişə ola bilər. Regionda gedən geosiyasi proseslər isə Ermənistanın Qərb və Rusiya arasında bölüşdürülməsinə hesablanıb. Amma Azərbaycana qarşı mübarizədə Qərb də, Rusiya da Ermənistanı dəstəkləyir. Azərbaycan indiyə qədər öz diplomatik, siyasi və hərbi uğurları hesabına prosesləri mövcud duruma gətirib çıxarıb. Ermənistan tərəfi isə bunu başa düşməli və böyük güclərin əlində oyuncaq olmaqdan imtina etməlidir. Əks təqdirdə bir müddət sonra Ermənistan daxilindəki qütbləşmə özünün daha qabarıq şəkildə vətəndaş müharibəsi formasında büruzə verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya
Rayonlara 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ
17:40 07.08.2026
Ekologiya
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq
17:39 07.08.2026
İqtisadiyyat
Ceki Çan Bakıda çəkiliş zamanı qolunu zədələdi
16:45 07.08.2026
Hadisə
Türkiyə gücləndikcə ona hörmət də artacaq - Əhəd Məmmədli
16:40 07.08.2026
Gündəm
Tramp: Sonuncu respublikaçı prezident ola bilərəm
16:38 07.08.2026
Dünya
Ermənistan Aİ-yə üzv ola bilməyəcəyini anlayıb - ŞƏRH
16:36 07.08.2026
Gündəm
Şimali Kipr və Kipr liderlərinin görüş vaxtı müəyyənləşdi
16:15 07.08.2026
Gündəm
Dünyada ətin qiyməti azalıb
15:41 07.08.2026
İqtisadiyyat
Rusiyada Azərbaycan əsilli MMA döyüşçüsünə hökm oxundu
15:34 07.08.2026
Hadisə
Ukrayna dəniz dronları Yaltadakı limana hücum edib
15:13 07.08.2026
Dünya
Tramp: İran razılaşma əldə etmək istəyir
14:28 07.08.2026
Gündəm
Jurnalist vəsiqəsi üçün 20 manatlıq rüsum ləğv edildi
14:24 07.08.2026
Media
Xameneinin səhhəti kəskin pisləşdi - Hər an ölə bilər
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm