Polşa Baş naziri: Rusiya yaxın aylarda NATO ölkələrindən birinə hücum edə bilər

Rusiya artıq illər sonra yox, yaxın aylarda NATO ölkələrindən birinə hücum edə bilər.

Bunu Polşanın Baş naziri Donald Tusk “Financial Times”a müsahibəsində deyib.

“Bu, həqiqətən çox ciddidir. Mən qısamüddətli perspektivdən danışıram — daha çox aylar, nəinki illər”, - o bildirib.

Tusk, həmçinin, NATO və ABŞ-ın hücum halında Avropanı qoruma öhdəliklərini real şəkildə yerinə yetirməyə nə dərəcədə hazır olduqlarına şübhə etdiyini vurğulayıb: “Mən inanmaq istəyirəm ki, 5-ci maddə hələ də qüvvədədir, amma əlbəttə ki, bəzən suallar yaranır”.

Onun sözlərinə görə, Avropaya yalnız kağız üzərində zəmanətlər deyil, həm də real hərbi qüvvə, logistika və sərt cavab verməyə hazır olmaq lazımdır.