Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb. Görüşdə Türkiyə ilə Venesuela arasındakı ikitərəfli əlaqələr və regional mövzular müzakirə olunub.
Sherg.az xəbər verir ki, Prezident Administrasiyası görüşlə bağlı açıqlama yayıb:
“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan Venesuela Prezidenti Nikolas Maduro ilə telefon danışığı həyata keçirmişdir.
Görüşdə Türkiyə-Venesuela ikili münasibətləri və regional məsələlər müzakirə olunub. Prezident Ərdoğan söhbət zamanı Venesuela Prezidenti Maduroya bölgələrindəki hadisələri yaxından izlədiklərini, Türkiyənin problemlərin dialoq yolu ilə həll edilə biləcəyinə inandığını və bunu hər platformada vurğuladığını bildirib.
Cənab Prezidentimiz ABŞ ilə Venesuela arasında dialoq kanallarının açıq saxlanılmasının vacib olduğunu, gərginliyin tez bir zamanda səngiməsini arzuladıqlarını qeyd edib.”