Putin müharibəni 9 maya qədər uzadacaq
Yusif Nəzərli
05:18 05.04.2022
Dünya
1422
Moskvanın məqsədi Donbasda tutduğu əraziləri genişləndirməklə Krıma quru yolunu açmaq və əlavə torpaqlar ələ keçirməkdir
Rusiya və Ukrayna arasında başlayan müharibədən artıq 40 gün keçir. Bu müddət ərzində Ukraynanın əhalisi və infrastrukturu Rusiyanın isə iqtisadiyyatı çox ciddi zərbələr alıb.
Eyni zamanda hər iki ölkənin yüzlərlə əsgər və zabiti döyüşlərdə həlak olub.
Müharibənin 40 gününu “Şərq”ə şərh edən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Rusiya savaşı başlayanda "ildırımsürətli" müharibə kimi bitirmək istəyirdi:
“Hətta 48 saata döyüşü bitirmək qərara alınmışdı. Ancaq bir aydan artıq davam edən müharibə hələ də bitməyib, bilmir. Bu səbəbdən, Rusiya öz planlarında dəyişiklik etməyə məcbur qalıb.
Əvvəl iki istiqamətdə hücum əməliyyatı aparırdısa, indi Kiyev və Çernobıl istiqamətində ordusunu çıxarmağa məcbur olub. Kreml artıq Kiyevi tutmaq fikrindən əl çəkib. İndi Rusiyanın bütün qüvvələri Krım, Odessa, Donetsk və Luqansk ətrafında cəmləşib. Moskvanın məqsədi Donbasda tutduğu əraziləri genişləndirməklə Krıma quru yolunu açmaq və əlavə torpaqlar ələ keçirməkdir. Rusiya Donetsk ətrafı əraziləri tamamilə boşaldıb Ukraynadan ayırmaq istəyir. Putin bu prosesi 9 may Qələbə Gününə qədər yekunlaşdırmaq niyyətindədir. Ukrayna da müharibənin həmin tarixə qədər bitməsinin tərəfdarıdır.
Rusiyanın qalib gələ bilməməsinin əsas səbəbi Ukrayna xalqının yaxşı müdafiə olunmasıdır. Digər səbəb isə onun arxasında ABŞ, NATO və Avropa ölkələrinin dayanmasıdır”.
Politoloq qeyd edib ki, çox güman ki, müharibə getdikcə qızışacaq:
“Rusiya ərazilərini genişləndirməyə israrlıdır, digər tərəfdən də Ukraynaya NATO ölkələrindən yeni silahlar gəlir. Nəticədə hər keçən gün qarşıdurmanın şiddəti artır.
Hər iki ölkəni yaxın 10-15 gündə ciddi döyüş gözləyir. Müharibə Rusiyanın sürətli şəkildə zəifləməsi ilə nəticələnəcək. Ən sonda zəifləyən tərəflər danışıqlar masasına oturacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət