Rusiya Prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayını 2 391 770 nəfər olaraq təsdiqləyib.
Sherg.az xəbər verir ki, onlardan 1 502 640 nəfəri hərbi qulluqçudur. Müvafiq sənəd rəsmi hüquqi aktların dərc olunduğu saytda yerləşdirilib.
Sənəddə qeyd olunur:
“Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat sayını 2 391 770 vahid, o cümlədən 1 502 640 hərbi qulluqçu olaraq müəyyən etmək.”
Fərman imzalandığı gündən qüvvəyə minir.
Bu arada, ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Hegset ABŞ və İsrailin İrana hücumu ilə bağlı keçirdiyi mətbuat konfransında hərbi əməliyyatın yeni mərhələsinin başladığını açıqlayıb. Onun sözlərinə görə, məqsəd İran üzərində hava məkanına tam nəzarətin təmin olunmasıdır.