Putin Tokayevə Ukraynadakı vəziyyət barədə ətraflı məlumat verəcəyini bildirib

Rusiya Prezidenti Vladimir Putin Omskda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü zamanı Ukraynadakı müharibənin gedişi barədə həmkarına ətraflı məlumat verəcəyini bildirib.

Sherg.az xəbər verir ki, Putin bu açıqlamanı Tokayevin münaqişənin heç olmasa dondurulması yolu ilə başa çatdırılmasının vacibliyini vurğulamasına cavab olaraq səsləndirib.

Qeyd edək ki, liderlərin görüşü iyulun 25-də Omskda keçirilən Rusiya-Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumu çərçivəsində baş tutub. Tərəflər ikitərəfli münasibətləri və iqtisadi əməkdaşlığı da müzakirə ediblər.