Rusiya Prezidenti Vladimir Putinin Hindistanın Baş naziri Narendra Modi ilə görüşü Dehlidəki Heydərabad sarayında başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, ölkə liderlərinin məhdud tərkibdə görüşü keçirilir. Bundan sonra danışıqların nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilməsi gözlənilir.
Qeyd edək ki, dekabrın 4-də Putin iki günlük dövlət səfəri üçün Hindistana gedib.