“Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın sənaye və infrastruktur obyektlərinə hücumları ziyan vurur”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“İqtisadi artıma bir sıra amillər təsir göstərir, o cümlədən xarici təzyiq və sənaye obyektlərinə və infrastruktura terror (Ukrayna ordusunun – red.) hücumları. Əlbəttə, bu cür hücumların heç bir ciddi nəticəsi yoxdur və heç vaxt olmayıb, ola da bilməz. Bununla belə, şübhəsiz ki, bizə zərər verir, bu, göz qabağındadır”, - dövlət başçısı bildirib.
Putin əlavə edib ki, Ukrayna ordusunun hücumlarından sonra zədələnmiş infrastruktur obyektlərinin bərpası üçün proqramın qəbul edilməlidir. Rusiya lideri bu barədə Nazirlər Kabinetinə tapşırıq verib.