Pxenyan Baydenin yeni siyasət planını rədd edib
19:19 02.05.2021
Dünya
606
Ağ Evin Pxenyanla diplomatiya planını açıqlamasından sonra Şimali Koreya ABŞ-a “çox ağır bir vəziyyətlə” qarşılaşacağı barədə xəbərdarlıq verərək, Prezident Co Baydenə hücum edib.
Mayın 2-də Şimali Koreyanın yüksək səviyyəli diplomatı tərəfindən verilən açıqlama Bayden administasiyasının nüvə silahına malik olan Şimali Koreya ilə danışıqlara açıq olduğunu ifadə edən siyasət planına ilk rəsmi reaksiya olub.
Şimali Koreyanın Xarici İşlər Nazirliyinin ABŞ-la bağlı işlər üzrə departamentinin baş direktoru Kvon Çon Qun ABŞ-ın yanaşmasını Koreya Xalq Demokratik Respublikasına qarşı “düşmənçilik əməllərini ört-basdır etmək üçün saxta lövhə” adlandıraraq rədd edib.
“ABŞ Şimali Koreyaya hələ də Soyuq Müharibə baxımından köhnəlmiş siyasəti davam etdirməklə yanaşsa, nəzarət edilə bilinməyəcək daha ağır böhranla qarşılaşacaq” - deyə, o əlavə edib.
Ağ Ev bir neçə ay davam edən daxili baxışdan sonra aprelin 30-da Şimali Koreya planının ümumi icmalını açıqlayıb. Bildirilib ki, ABŞ Koreya yarımadasının tam nüvəsizləşməsini istəyir. (amerikanın səsi)
Bu yanaşmadan razı qalmayan Şimali Koreya rəsmiləri ABŞ və Cənubi Koreyanın son hərbi təlimlərini tənqid edib və Pxenyanın insan haqları pozuntularını qınayan Bayden administrasiyasının “ölkənin ali rəhbərliyinin ləyaqətini təhqir etdiyini” deyib.
Konqesin birgə iclası qarşısındakı ilk çıxışında da Prezident Co Bayden Şimali Koreyadan gələn nüvə təhlükəsinə qarşı müqavimət göstəriləcəyini vurğulamışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya