“İran ABŞ ilə tammiqyaslı iqtisadi müharibədədir”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
“Ölkə tammiqyaslı iqtisadi müharibədədir. Əlbəttə, bu meydanda da düşməni məğlub edəcək və kürəyini yerə vuracağıq. Tezliklə düşmənin bu sahədəki psixoloji əməliyyatlarının zəifləməsinin şahidi olacağıq”, - spiker bildirib.