Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev və iranlı həmkarı Abbas Əraqçi Tehranda görüşüblər.
Teleqraf xəbər verir ki, bu barədə İranın Qazaxıstandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyətini, əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də regional və beynəlxalq gündəmdə yer alan aktual məsələləri müzakirə ediblər.
Xatırladaq ki, Yermek Koşerbayev Tehrana İranın ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün səfər edib.