Qəzaya düşən helikopteri belə tapdıq - Bayraqdar
Qəzaya düşən helikopteri belə tapdıq - Bayraqdar
13:35 21.05.2024
Dünya
583
Komanda yoldaşlarımla işdə idim. Qəzaya uğrayan helikopterin axtarışına texniki dəstək vermək üçün Batman, Van və Azərbaycandakı dostlarımızla koordinasiyada çalışdıq. Bütün dünyada adından söz etdirəcək əməliyyat baş tutdu.
Axar.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzadan sonra axtarışları barədə danışarkən deyib.
“Akınçı” ən sürətli şəkildə əraziyə çatdı. Bölgədə küləyin sürəti də çox güclü idi. O cür çətin hava şəraitinə baxmayaraq, vadiyə girərək bu vəzifəni yerinə yetirdi. Bu əməliyyatı dünyada həmin şərtlər altında uğurla reallaşdıra bilən “Akınçı” PUA-sı oldu. Və dünya bizim gücümüzü gördü. Komanda və Türkiyə Silahlı Qüvvələri səhərə qədər böyük fədakarlıqla çalışdılar. Mən bir daha İran xalqına başsağlığı verirəm, - Bayraqdar bildirib.
O, eyni zamanda qeyd edib ki, bölgədə dərin dərələr var idi:
“Hətta o dərəyə girəndə belə görüntü əldə etmək olurdu. PUA dərənin arasında manevr edərək uçmalı oldu. Heç bir PUA bunu edə bilməz. Bu missiya ən kiçik bir maneə olmadan tamamlandı”.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
Əlavə edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı yer Türkiyənin “Akınçı” PUA-sı sayəsində tapılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça" portuqaliyalı baş məşqçi Serjiu Konseysau ilə anlaşıb
00:45 03.11.2026
Futbol
İranın ABŞ-a göndərdiyi şərtlər bunlardır - Arakçı
23:52 02.11.2026
Region
Politoloq Şoyqunun çıxışının KODLARINI AÇDI
23:17 02.11.2026
Aktual
Türkiyədə yenidən zəlzələ olub
22:59 02.11.2026
Region
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm