Qəzza zolağında HƏMAS hərəkatının rəhbərlərindən biri Xəlil əl-Həyyənin oğlu Azzam əl-Həyyə həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə newsru.co.il nəşri məlumat yayıb.
Məlumata görə, Azzam əl-Həyyə Qəzza şəhərinin Əd-Dəraç məhəlləsinə endirilən aviazərbə nəticəsində ölüb.
İsrail tərəfi onun zərbə nəticəsində məhv edildiyini təsdiqləyib.