"Qızıl qollu adam"- 2,5 milyon körpənin həyatını necə xilas etdi?
09:29 23.07.2024
Dünya
476
James Harrison “qızıl qolu” ilə dünyada tanınır. J.Harrison 14 yaşında olarkən ağır əməliyyat keçirib və bu zaman ona 13 dəfə qan köçürülüb. J.Harrisona qan köçürülməsəydi, öləcəkdi. O, ölsəydi, 2,5 milyon körpənin həyatı da xilas edilməyəcəkdi.
“Sherg.az” “tr.mashable.com”a istinadən bu qəribə həyat hekayəsini təqdim edir. J.Harrison, 18 yaşına çatdıqda illər əvvəl ona bağışlanan qanları geri qaytarmaq qərarına gəlib. O, bir zamanlar ona edilən yaxşılığı, mərhəməti qarşılıqsız qoymayıb. 2015-ci ildə verdiyi açıqlamada J.Harrison bildirib ki, əməliyyatdan sonra donor olmaq qərarına gəlib: “bağışlayacağım qanların neçə insanı xilas edəcəyini bilmirdim. Onları heç vaxt tanımadım”. Avstraliya Qızıl Xaç Qan Bağışı Bölümünün əməkdaşı Jemma Falkenmire “bağışlanan bütün qanlar qiymətlidir, amma Ceymsin qanı xüsusən əhəmiyyətlidir”, deyib. J.Harrisonun qanı daha dünyaya gəlməmiş körpələrinə qarşı aqressiv davrana biləcək hamilə qadınlara nəql edildikdə, həqiqətən həyat xilas edən əlac təsiri bağışlayır. Məsələ burasındadır ki, J.Harrisonun qanı çox nadir rastlanan "Rh (D) immunoglobulin antikorlarına" (digər adıyla anti-D antikoru) sahibdir. Yəni Rh uyğunsuzluğu kimi bilinən durumlarda Harrisonun qanı körpələrin həyatını xilas edir. Rh neqatif olan bir yaxını olanlar bu problemdən xəbərdardır. Tibdə buna “yeni doğulmuşlarda hemorajik xəstəlik” deyilir. Bu xəstəlik ana ilə körpənin qan qrupları arasında uyğunsuzluq olduqda yaranır və hamiləlik zamanı ortaya çıxır, qarşısı alınmazsa, təhlükəli vəziyyət yarana bilər. Qan hüceyrələrinin bir-biri ilə mübarizə aparması səbəbindən körpə dünyaya gəlməmiş tələf ola bilər. Ona görə də qan analizlərində uyğunsuzluq aşkarlandıqda hamilə qadınların qanına anti-D – antivirusu yeridilir. J.Harrisonun qanı da anti-D antiviruslara sahibdir. Bu gün həkimlər anti-D əldə etmək üçün “plazma qanı”ndan istifadə edir. Bu isə qanında RhD antigenlərinə həssaslığı olan Rh qrupuna aid insanların qan plazması olmalıdır. J.Harrisona isə kiçik yaşlarında qan nəql edildiyi üçün o, bu anti-viruslara sahibdir və bu səbəbdən də qanı çox “dəyərli” hesab edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm