
Qondarma “erməni soyqırımı” dünya tarixinin ən böyük yalanıdır -ŞƏRH
Qondarma “erməni soyqırımı” dünya tarixinin ən böyük yalanıdır -ŞƏRH
Yusif Sultanoğlu
18:13 16.04.2024
Dünya
609
Bəzi dünya gücləri tərəfindən erməni yalanlarından Türkiyəyə təzyiq məqsədilə istifadə olunur
Ermənistan Osmanlı imperiyasında baş verən “erməni soyqırımı” ilə bağlı iddiaçı ola bilməz.
Bunu Ermənistanın hakim partiyasının deputatı Ovik Ağazaryan qondarma soyqırımı qurbanlarının siyahıya alınması təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ermənilər prosesə dəhşətli hadisə kimi baxmamalıdırlar.
Ağazaryan onu da qeyd edib ki, Ermənistan Türkiyəyə qarşı heç bir tələb olunan hüquqi akt təqdim edə bilməz:
“Çünki “soyqırımı” Osmanlı imperiyasında baş verib. Biz o vaxt dövlət olaraq yox idik, ona görə də iddiaçı ola bilmərik. Dünyanın müxtəlif yerlərində yaşayan insanların (ermənilər) iddia qaldırması başqa bir şeydir.
Mən heç vaxt Ermənistanın bu mənada iddiaçı olmasının tərəfdarı olmamışam. Türkiyədən iddia edə bilmərik. Gəlin tələb edək ki, o torpaqları Ermənistan Respublikasına versinlər. Bu, hansı beynəlxalq normalara əsaslanır?”.
Ermənistan parlamentinin Müdafiə, Daxili İşlər və Təhlükəsizlik Komitəsinin sədri Andranik Koçaryan bundan əvvəl Baş nazir Nikol Paşinyanın qondarma soyqırımı ilə bağlı irəli sürülən rəqəmlərə inanmadığını açıqlayıb. Onun sözlərinə görə, baş nazir doğru rəqəmlərin üzə çıxarılmasını istəyir.
Koçaryanın açıqlaması Ermənistanın ictimai-siyasi çevrələrində təlaş yaradıb. Çünki arxivlər açılsa, yalanları da üzə çıxacaq.
Ağazaryanın fikirlərinə münasibət bildirən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, ermənilərin indiyə qədər ortaya atdıqları bütün iddialar onsuz da yalandır:
“Bunu ermənilərin özləri hamıdan yaxşı bilir. Erməni düşüncə tərzi ondan ibarətdir ki, özlərinə sərf edən yalanı yaratsınlar, daha sonra isə həmin yalana özləri inansınlar. Özləri buna inandıqdan sonra da bütün dünyanı bu yalana inandırmağa çalışırlar. Təbii ki, dünya sadəlövhlərdən ibarət deyil. Hər kəs ermənilərin yalan danışdığını çox gözəl anlayır. Ancaq burada önəmli məqamlardan biri ondan ibarətdir ki, erməni yalanları dünyada bəzi siyasi iradə mərkəzlərinin maraqlarına cavab verir. Türkiyəyə təzyiq məqsədilə həmin yalanlardan istifadə olunur. Ümumiyyətlə, qondarma “erməni soyqırımı” dünya tarixinin ən böyük yalanıdır. Yəni heç bir soyqırımı baş vermədiyi halda bunlar, Türkiyədən Amerikaya, Avropaya köçmüş insanları soyqırıma məruz qalmış toplum kimi təqdim ediblər. Əslində, həmin adamların hamısı sağ olub və Türkiyədən köçüb Qərb ölkələrinə gediblər”.

Ekspert bildirib ki, bu uydurma yalanın aradan qaldırılmasının tək bir yolu var:
“Bütün dünya ölkələri arxivləri açmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vaxtilə çıxış etmişdi. Ermənistana təklif etmişdi ki, əlinizdə olan bütün faktları ortaya qoyun və bu məsələ ilə bağlı qərarın verilməsini real tarixçilərdən ibarət bir komissiyanın öhdəsinə buraxaq. Ancaq Ermənistan israrla bu təklifdən yayındı və həmin məsələ beləcə siyasi manipulyasiyalar üçün istifadə olunmaqda davam etdi. Türkiyə ilə yanaşı, Fransa, Amerika Birləşmiş Ştatları, Rusiya və digər Avropa ölkələri, hətta Ermənistan özü belə arxivləri açsalar, reallıqda heç bir zaman erməni soyqırımı adlı bir hadisənin baş vermədiyi bütün dünyaya aydın olacaq. Ermənilərin ən çox qorxduğu məsələ də bundan ibarətdir. Ermənilər nə qədər bundan istifadə etməyə çalışsalar da, öz yalanlarının əsirinə çevrildiklərinə görə ziyan çəkməkdədirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm