Reuters: ABŞ təyyarəsi Tayvan boğazı üzərində uçuş həyata keçirib

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus patrul təyyarəsi Tayvan boğazı üzərindən uçuş həyata keçirib. Bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.

Sherg.az xəbər verir ki, hadisənin təfərrüatları açıqlanmır. Bildirilir ki, söhbət "P-8A Poseidon" tipli təyyarədən gedir. Nəşrin analitikləri qeyd edirlər ki, həmin hava gəmisi daha əvvəl Rusiyanın Murmansk şəhəri yaxınlığında da müşahidə olunub.

Xatırladaq ki, Çinin ABŞ-dakı səfirliyi Vaşinqtonun Tayvan məsələsinə yanlış yanaşmasının Pekinlə qarşıdurmaya səbəb ola biləcəyini vurğulayıb. Çin ABŞ-ın Tayvana silah tədarükünə ardıcıl şəkildə qarşı çıxır.

Daha əvvəl KP.RU ABŞ Prezidenti Donald Trampın Tayvanın silahlandırılmasına yönəlmiş siyasəti dəstəklədiyini yazıb. O, ikinci prezidentlik müddətinin hələ ilk aylarında Tayvana silah yardımı göstərilməsi ilə bağlı göstəriş vermişdi.