Rus milyarder ağlını işə salıb
Yusif Nəzərli
14:28 02.04.2022
Dünya
869
Abramoviç sərvətlərini qurtarmaq üçün vasitəçiliyə qatılıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı iş adamı Roman Abramoviçin Rusiya-Ukrayna müzakirələrində iştirakına münasibət bildirib. Dövlət başçısı jurnalistlərə açıqlamasında onun danışıqlarda kimi təmsil etdiyinin daha vacib olduğunu deyib: “Əgər Rusiya və Putin heyətin tərkibinə onu salıblarsa, deməli, etibar edir, inanırlar. İclasda hər kəslə olduğu kimi, onunla da salamlaşdıq. Bu müzakirələrdə iştirak edən bütün heyət üzvlərinə uğurlar arzulayıram. Ümid edirəm ki, səylərimizin nəticəsini ən qısa vaxtda görərik”.
Rusiyalı oliqarx Roman Abramoviçin vasitəçilik həvəsindən danışan politoloq Elxan Şahinoğlu hesab edir ki, Abramoviçin rusiyalı oliqarxlar arasında xüsusi yeri var. Ekspert xatırladıb ki, o, 1990-cı illərin əvvəllərində varlandıqdan və oliqarxa çevrildikdən sonra Londonda qərar tutub: “İngilislərin rəğbətini qazanmaq üçün məşhur futbol klubu “Çelsi”ni alıb. Bu klubun elə böyük uğurları yox idi. Ancaq elə ki, işin başına Abramoviç keçdi və rusiyalı milyarder sandığın ağzını açdı, klubun uğurları ildən-ilə artdı. Rusiya Prezidenti Vladimir Putin Abramoviçi Londona elə-belə buraxmadı. O, Abramoviçi bir ara Rusiyanın ən ağır bölgələrindən olan Çukotkaya qubernator təyin etdi. Putinin məqsədi o idi ki, Abramoviç yığdıqlarının bir hissəsini Rusiyanın soyuq bölgəsi üçün də xərcləsin. Abramoviç simiclik etmədi, bölgəyə xeyli yatırım qoydu. Abramoviç Çukotkaya kifayət qədər pul xərclədikdən sonra Putindən onu buraxmasını istədi. Putin ona mane olmadı və bir daha dəbdəbəli Londondan soyuq Çukotkaya getmədi”.
E.Şahinoğlu vurğulayıb ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda Abramoviçin də ağır günləri başlayıb:
“O, tələsik “Çelsi” ilə vidalaşdı, onun Qərbdəki bank hesabları donduruldu, bahalı gəmisi sanksiya altına düşdü. Abramoviç bu ağır vəziyyətdə ağlını işə saldı və topladığı pulları və mülkləri itirməmək üçün Kiyevlə Moskvaya vasitəçiliyini təklif etdi. Bu təklif Ukrayna Prezidenti V.Zelenskinin xoşuna gəldi və təsadüfi deyil ki, o, Abramoviç üçün Qərbə ağız açdı ki, ona qarşı sanksiyalar tətbiq olunmasın. Putin də Abramoviçin vasitəçiliyinə etiraz etmədi. Kiyevlə danışıqlar aparmaq üçün Putinə rəsmi kanallarla yanaşı qeyri-rəsmi kanallar da lazımdır və Abramoviç həmin funksiyasını yerinə yetirməyə başladı. O da məlumdur ki, Roman Abramoviç İstanbuldakı danışıqlarda müşahidəçi kimi iştirak edib. Türkiyə Prezidenti Ərdoğanın əlini sıxan Abramoviç ona minnətdarlığını bildirib. Türkiyə mediası günlərdir bu haqda yazır, reportajlar yayımlayır. Rusiya ilə Ukrayna arasında hər hansı razılaşma əldə olunarsa, bunda Abramoviçin də kiçik rolu olacaq. Abramoviç düşünür ki, bəlkə onun bu roluna görə Qərb ondan əl çəkər və o, banklardakı hesablarını, London və digər şəhərlərdəki mülklərini geri qaytara bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət