Son bir həftə ərzində Ukrayna Rusiyadan ən azı 21 kvadrat kilometr ərazini geri alıb.
Axar.az xəbər verir ki, bu barədə “DeepState” təhlillərində deyilir.
Məlumata görə, bir həftə ərzində Rusiya Ukraynanın cənubunda 43,4 kvadratkilometr ərazi itirib:
“Bununla yanaşı, Kramatorsk rayonunda 11,6 kvadrat kilometr, Pokrovsk və Konstantinovka rayonlarında 9,1 kvadrat kilometr və Slavyansk rayonunda 1,7 kvadrat kilometr ərazi işğal olunub. Beləliklə, Rusiyanın nəzarət etdiyi ərazilərin sahəsi 21 kvadrat kilometr azalıb. Ruslar üçün bu həftəlik itki rəqəmləri 2023-cü ilin sentyabr ayından bəri ən yüksək göstəricidir. İyulun 14-də Ukrayna ordusu Dnepropetrovsk vilayətinin sərhədində yerləşən Malayevka, Siçneve, Novoqeorqiyevka və Zaporojye yaşayış məntəqələri istiqamətində irəliləyib. Bu, Ukrayna qüvvələrinin may ayında hücumunun davamıdır və Rusiyanın nəzarətində olan ərazinin sahəsi bir həftə ərzində 19,1 kvadrat kilometr azaldılıb”.