Rusiya Ermənistanla yumşaq dillə danışmağa başlayıb - Analiz
Rusiya Ermənistanla yumşaq dillə danışmağa başlayıb - Analiz
13:21 22.05.2024
Dünya
585
Rusiya Ermənistan və Cənubi Qafqaz məsələsində yeni taktika seçir, ən yaxşı variant kimi yumşaq dillə danışmağı üstün tutur. Amma əsas məsələ kimə qarşı yumşaq tərzdə danışmaq, kimə qarşı aqressiv münasibət göstərməkdir. Rusiya Ermənistanı sıxdıqca Ermənistan Qərbə doğru daha çox meyillənir. Bu da Rusiyanın içində narahatlıq yaradır. Düşünürəm ki, Rusiya bu addımlarla Ermənistanı bitirə bilər. Çünki Ermənistan faktiki olaraq 5 aprel 2024-cü il anlaşması ilə ABŞ və Aİ-ni Cənubi Qafqaza gətirmək üçün hüquqi baza formalaşdırdı. Bu, həm də Rusiya daxilindəki erməni diasporasına da hesablanmış bir addım kimi dəyərləndirilə bilər. Hər vəziyyətdə Rusiyanın atdığı bu addım Cənubi Qafqazı Ermənistanı itirməmək məqsədi ilə atılmış addım kimi dəyərləndirilməlidir. Ona görə ki, Rusiya Ermənistanı çox sıxdıqca onu itirməyə başlayır. Ermənistan artıq Rusiyanı Zvartnost hava limanından çıxartmağa çalışır. Yaxın gələcəkdə rus hərbçilərinin Ermənistanı tərk etməsi üçün Ermənistan əhalisi tələb edə bilər ki, bu da Rusiyanın Cənubi Qafqazdan çəkilməsi demək olar. Ona görə də görünür, Rusiya Ermənistan hakimiyyətini bir az həm qorxutmaq istəyir, həm də yumşaq davranmağa çalışır ki, əllərində saxlıya bilsinlər.
Rübab Əzizbəyli,
Azərbaycan Universiteti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya