“Rusiya hökumətinin “nəbzi yoxlanılır”!" – Putinin devriləcəyi iddia edilir
Banuçiçək Kalbalıyeva
13:07 31.08.2020
Dünya
1053
Gennadi Qudkov: “Koronavirus və Aleksey Navalninin zəhərlənməsi vəziyyəti mürəkkəbləşdirib”
Həsrət Rüstəmov: “Rusiyada hakimiyyətin dəyişəcəyinə inanmıram. Vəziyyəti dəyişə biləcək alternativ qüvvə yoxdur”
Rusiya siyasətçisi Gennadi Qudkov “Putin gedir: Rusiyada hakimiyyətin ötürülməsi prosesi artıq başlayıb” sərlövhəli məqalə yazıb. Onun yazısında maraqlı iddialarla çıxış edib. Siyasətçi Rusiyada hakimiyyətin yeniləcəyi qənaətindədir:“İki hadisə Rusiyada vəziyyəti daha aydın və anlaşılan edib: koronavirus və Aleksey Navalninin zəhərlənməsi.
Bəli, məhz bu cinayət hadisəsi tezliklə gələcəyimizin daha yaxşı anlaşılmasının mürəkkəb pazl mozaikasında çatışmayan son parça oldu. Qeyd etmək istəyirəm ki, mən heç vaxt konspirologiyanın pərəstişkarı olmamışam, buna görə təhlilimdə yalnız məntiqə və hamıya məlum olan faktlara əsaslanacağam”.
G.Qudkov məqaləsinin sonunda Rusiyanın gələcəyi ilə bağlı bəzi məqamlara da işarə verib:
“Hakimiyyət zirvələrində baş verənlərə baxmayaraq, mən zərrə qədər də inanmıram ki, "əməliyyat varisi" uğur qazana bilsin. Məsələ heç də yeni rəhbərin soyadında, hətta onun xarizmasında da deyil: köklü siyasi islahatlar aparılmasa, dəyişdiriləbilən və nəzarətedilən kollektiv idarəçilik sistemi qurulmasa Rusiya məhvə məhkumdur. Qarışıqlıqlar, üsyanlar, inqilablar, vətəndaş müharibəsi, hətta ərazi bölünmələri (altını cızıram) - bizim gələcəyimizin arzuolunmaz mənzərəsi belə ola bilər”.
Göstərdiyimiz iddialarla bağlı “Sherg.az” fikrini bildirən ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov Rusiyada hakimiyyətin dəyişəcəyinə inanmır:
“Məncə, bu məqalə ictimai rəyi yoxlamaq, hətta ola bilsin, ictimai şüuru formalaşdırmaq məqsədilə tirajlanıb. Bəlkə də, hökumətin “nəbzi ölçülür”. Əlbəttə, deyilənlər doğru olarsa, sevinərəm. Amma yaxın gələcəkdə Rusiyada hakimiyyətin dəyişəcəyini gözləmirəm. Birincisi, ona görə ki, idarəçiliyin Putinin varisinə keçmək ehtimalı olduqca böyükdür. Belə məsələlərdə xalqın iradəsi nəzərə alınmır. Həm də vəziyyəti dəyişə biləcək alternativ qüvvə yoxdur”.
H.Rüstəmov müxalifət nümayəndəsi Aleksey Navalninin zəhərlənməsi barədə də danışıb:
“Bu haqda dəqiq məlumat yoxdur. Səslənən fikirlər birmənalı deyil. Amma konkret məsələdə Rusiya hakimiyyətinin “barmağı olması” inandırıcıdır. İndiyədək Rusiya təhlükəsizlik qüvvələrinin “əl”i ilə törədilən bir neçə cinayətin üstü açılıb. Onlar laboratiyada araşdırıla bilməyən xüsusi kimyəvi maddələrdən, zəhərlərdən istifadə edirlər. Navalni ölkə daxilində ciddi siyasi fiqur olsa da, kütləvi lider kimi qəbul edilmir. Əks halda indi Rusiyanı etiraz dalğaları bürüməli idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Portuqaliya Amerikadan F-35 qırıcıları ala bilər
19:48 08.10.2026
Dünya
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət