Rusiya ordusu Dnepropetrovskda daha bir yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Dnepropetrovsk vilayətində yerləşən Boqodarovka kəndini nəzarətə götürdüyünü açıqlayıb.

Sherg.az xəbər verir ki, nazirliyin məlumatına görə, “Vostok” qoşun qruplaşmasının bölmələri hücum əməliyyatlarını davam etdirərək Ukrayna müdafiə xəttinin dərinliklərinə irəliləyib və yaşayış məntəqəsini ələ keçirib.

Bununla yanaşı, Rusiya tərəfi qüvvələrinin Krasnı Liman istiqamətində qərb yönündə irəliləyərək 48 binanı nəzarətə götürdüyünü də bildirib.

Məlumat Rusiya Müdafiə Nazirliyi tərəfindən açıqlanıb, Ukrayna tərəfi isə hələlik bununla bağlı rəsmi açıqlama verməyib.