
Rusiya ordusundakı suriyalılar!- “Hərbçilərin də döyüşməsi mümkündür”
Yusif Nəzərli
14:31 31.03.2022
Dünya
1550
Yayılan məlumatlara görə, Rusiya ordusunda Ukraynaya qarşı iştirak edən könüllü döyüşçülərə 7 min dollar pul verilir. Bu təklif üçün rus ordusunda döyüşən şəxslərin əksəriyyəti suriyalı şəxslərdir. Mənbələrin yazdığına görə, Yaxın Şərqdən təxminən 16 000 döyüşçü Rusiya ordusu sıralarında döyüşmək üçün könüllü olaraq müharibəyə yollanıb.
Hətta suriyalı könüllüləri rus ordusunda döyüşməyə təşviq edən sosial media səhifələri də mövcuddur. Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Rusiya tərəfindən Suriyanın bəzi şəhərlərində 14 könüllü qeydiyyat mərkəzi açıldığını bildirib.
Könüllü olaraq müharibədə iştirak edənlər bidiriblər ki, müraciətləri qəbul edilənlər Rusiyaya göndərilməzdən əvvəl Laziqiyyə yaxınlığındakı bazada təlim keçiblər.

Mövzunu “Sherg.az”a şərh edən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Rusiyanın muzdlulardan istifadə edəcəyinə dair hədə tonu Qərbin Ukraynaya könüllülər və silah-sursat göndərməsi fonunda baş tutub:
“Kimə nə qədər pul verilir, bu, bəlli deyil, yayılan məlumatların isə həqiqiliyini yoxlamaq imkanlarımız yoxdur. Suriya hakimiyyətinin Rusiyaya vəfa borcu var, ona görə də, nəinki muzdluların, Suriya ordusuna məxsus hərbçilərin də Ukraynada döyüşə atılması mümkündür. Rusiya ordusu Kiyev istiqamətində və Nikolayevdə, eləcə də Xerson və Mariupolda, Xarkovda ciddi müqavimətlə üzləşir, bununla belə Ukraynanın Azov dənizinə çıxışını bağlamağa müvəffəq olub”.
Ekspertin fikrincə, Rusiya ordusunun hücum taktikası köhnə metodlara söykənir:
“Eyni zamanda Rusiya ordusunun Ukraynaya salınan qüvvələri partizan döyüşlərinə hazır deyil. Bundan əlavə Rusiyanın əlində güclü silahlar olsa da, bu müharibədə onun tətbiqi əlavə xərc və mənasızdır. Sırf döyüş əməliyyatları üçün salınan qüvvələr isə Ukrayna ordusunda olan silahlar qarşısında acizdir. Məsələn, Ukraynada tankları və hava vasitələrini sıradan çıxaran dəqiq silahlar var və bu cür əməliyyatlarda üstünlük qazanır. Eləcə də “Bayraktar” Rusiya ordusu üçün xeyli çətinliklər yaradır.
Bununla belə, Rusiya Ukraynanın şimal-şərqində, şərqində və cənub-şərqində ərazilər işğal edə bilib və işğal bucağı yaradıb ki, bu da onu indiki halda üstün edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq