Rusiya hərbçiləri Qara dənizdə Ukraynaya məxsus quru yük gəmisini vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Gün ərzində Odessa şəhərindən cənub-şərqdə, Qara dənizin akvatoriyasında zərbə PUA-ları ilə Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi ləvazimat daşıyan quru yük tipli gəmi vurulub”, - deyə qurumdan bildirilib.