Qananın Xarici İşlər naziri Samuel Okudzeto Ablakva bildirib ki, Rusiya-Ukrayna müharibəsində iştirak etməyə yönləndirilən azı 55 Qana vətəndaşı həyatını itirib.
Sherg.az xəbər verir ki, nazirin sözlərinə görə, insan alveri şəbəkələri 36 Afrika ölkəsindən 1780 nəfəri müharibəyə cəlb edib və onların 272-si qanalı olub. Hökumət gənclərin aldadılmasının qarşısını almaq üçün maarifləndirmə tədbirlərini gücləndirəcəyini açıqlayıb.
Həmçinin müharibə zamanı əsir düşən iki qanalı gənclərə pul vədlərinə aldanmamaları barədə çağırış edib.