Rusiya Silahlı Qüvvələri ötən gecə Ukraynanın hərbi-sənaye kompleksi, enerji, metallurgiya və neft emalı müəssisələri, logistika mərkəzləri və liman infrastrukturuna kütləvi zərbələr endirib.
Sherg.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hücumlarda qurudan, havadan və dənizdən buraxılan yüksək dəqiqlikli silahlardan, həmçinin zərbə dronlarından istifadə olunub.
Nazirlik Kiyev, Borispol, Zaporojye, Kremençuk, Krivoy Roq və İliçovkadakı bir sıra obyektlərin vurulduğunu bildirib.
Həmçinin Odessa vilayətinin Odessa, Çernomorsk və Reni limanlarında hərbi təyinatlı yüklərin və yanacaq-sürtkü materiallarının daşınması və saxlanması üçün istifadə olunan obyektlərin, eləcə də limanların fəaliyyətini təmin edən enerji infrastrukturlarının hədəfə alındığı açıqlanıb.
Məlumat Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsaslanır.