Rusiya və Ermənistan arasında dialoq iki ölkə xalqlarının maraqlarına cavab verir - Lavrov Mirzoyanı təbrik edib

21 sentyabrda Ermənistan müstəqilliyinin elan edilməsinin 35-ci ildönümünü qeyd edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik edib.

Sherg.az xəbər verir ki, Lavrov Rusiya-Ermənistan hərtərəfli əməkdaşlığının davam etdirilməsinin iki ölkə xalqlarının maraqlarına cavab verdiyinə əminliyini ifadə edib.

“Əminəm ki, Rusiya və Ermənistan arasında hərtərəfli qarşılıqlı fəaliyyətin, o cümlədən iki ölkənin xarici siyasət qurumları arasında fəal dialoqun qorunub saxlanılması xalqlarımızın qarşılıqlı maraqlarına cavab verir”, -Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan teleqramda bildirilib.

Sentyabrın 21-də Ermənistan Respublikası müstəqilliyinin 35-ci ildönümünü qeyd edir. Məhz 1991-ci ilin həmin günündə ölkədə referendum keçirilib. Referendum iştirakçılarının böyük əksəriyyəti – 99 faizi müstəqil dövlət quruculuğunun tərəfdarı olduğunu bildirib. Səsvermədə seçki hüququ olan vətəndaşların təxminən 95 faizi iştirak edib.