Rusiyadan Özbəkistan məhsullarına qadağa

“Rosselxoznadzor” iyulun 23-dən etibarən Özbəkistandan karantin məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qadağa, fitosanitar tələblərin ən çox pozulmasına yol verən beş ixracatçıdan göndərilən məhsullara şamil edilir:

“Məhdudlaşdırılmış məhsulların əsas hissəsi tərəvəz və yaşıl bitkilərdən: ağ kələm və gül kələmindən, soğandan, şüyüddən, cəfəridən, çuğundurdan, pomidordan, eləcə də üzümdən ibarətdir. Qərar karantin obyektlərinin aşkar edilməsi hallarının artması və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar qəbul edilib”.