
Rusiyadan sanksiyalar: Moskva İrəvana xəbərdarlıq edir
11:36 17.04.2024
Dünya
537
Rusiya Ermənistana qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Bu barədə Ermənistanın “Past” qəzeti yazır.
“Rusiya yaxın vaxtlarda Ermənistana qarşı irimiqyaslı iqtisadi sanksiyalar tətbiq edəcək. Ermənistanın hakimiyyət orqanları bundan xəbərdar olsalar da, panika yaratmamaq üçün ictimaiyyətə məlumat vermirlər.
Baş nazirin müavini Mqer Qriqoryan hakim partiyanın qapalı iclasında bəyan edib ki, Moskva artıq mayın əvvəlində Yuxarı Larsı bağlamaq və Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını qadağan etmək niyyətindədir”, - nəşr bildirir.
Məlumatda qeyd olunur ki, kənd təsərrüfatı mövsümünün əvvəlində Rusiyanın belə bir addım atması erməni fermerləri və ixracatçıları üçün ağır zərbə olacaq:
“Ermənistan hakimiyyətinin B planı yoxdur. Üstəgəl, son vaxtlar Ermənistanın Rusiyadan iqtisadi asılılığı dərinləşib, Ermənistanın kənd təsərrüfatı məhsulları və əsas ixrac məhsulları Rusiyaya göndərilir.
Paşinyan hökuməti ərəb və Avropa ölkələrinin erməni məhsullarına alternativ ola biləcəyini təqdim etməyə çalışır, amma məhsulların keyfiyyət komponenti də nəzərə alınmalıdır.
Ermənistan ərəb ölkələrinə almaz və digər qiymətli materiallar ixrac edir, bunları Rusiyaya ixrac etmək mümkün deyil, yaxud orada bunlara ehtiyac yoxdur. Erməni fermerləri və ixracatçılarının məhsullarının 90 faizi və ya daha çoxu Rusiyaya ixrac olunur və on minlərlə insanın dolanışığını təmin edir.
Yuxarı Larsın (Ermənistan-Gürcüstan-Rusiya yolu) bağlanması durumunda Ermənistanda əsl sosial iğtişaş yaranacaq”.
“Past” ərəb ölkələri və Avropanın Ermənistanın keyfiyyətsiz məhsulları üçün qapılarını açmaq istəmədiklərini vurğulayır.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən tanınmış jurnalist, politoloq Fuad Abbasov söyləyib ki, Moskvanın rəsmi İrəvana qarşı sanksiyaları birinci növbədə Ermənistan əhalisinə ziyan vuracaq:
“Nəticə etibarilə, Nikol Paşinyana ikinci dəfə səs verən əhali arasında narazılıq yaranacaq. Ona görə növbəti seçkilərdə erməni xalqı Paşinyanın rəqibi və yaxud Rusiyanın tərafdarı olan şəxs üçün səslərini istifadə edəcəklər. Ermənistanın Rusiyaya qarşı atdığı addımları Şimal qonşumuzu heç bir şəkildə qane etmir. Sözügedən iqtisadi addımlar Ermınistan üçün sadəcə olaraq xəbardarlıqdır. Çünki Ermənistanın Ukraynanın aqibətini yaşaya bilmək təhlükəsi Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tərəfindən dəfələrlə səsləndirilib. Bunun isə həyata keçirilməsi üçün Rusiyanın əlində kifayət qədər güc, vəsait, enerji, silah və digər vasitələr mövcuddur”.

Ekspert qeyd edib ki, Ermənistan İkinci Qarabağ savaşında məğlub olmasına görə Moskvanı günahlandırır:
“Bundan sonra da Zəngəzur dəhlizinin açılmasında və Ermənistanın tamamilə blokada şəklinə salınmasında Rusiyanın çox aktiv rolu ola bilər. Bunun fonunda Ermənistan başda Fransa olmaqla Avropa ölkələrilə münasibətlərini yenidən gözdən keçirməlidir. Əgər Ermənistan bunu etməsə, Rusiyanın iqtisadi cərimə mexanizmləri siyasi sanksiyalarla əvəzlənə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm