Rusiyanın bir sıra regionları PUA hücumlarına məruz qalıb

Rusiyanın bir sıra regionlarında PUA hücumları qeydə alınıb.

Sherg.az xəbər verir ki, Başqırdıstan rəhbəri Radiy Xabirovun sözlərinə görə, Ufada altı PUA-dan dördü vurulub. Onlardan biri sənaye zonasına düşərək yanğına səbəb olub, digəri isə Zaton mikrorayonunda yaşayış binasına çırpılıb. İlkin məlumata görə, bir nəfər yaralanıb.

Belqorod vilayətinin Poqromets kəndində PUA-nın partlaması nəticəsində 15 yaşlı yeniyetmə xəsarət alıb. Şebekinoda isə FPV-dronun avtomobilə zərbəsi nəticəsində iki nəfər yaralanıb.

Moskva meri Sergey Sobyanin paytaxta yaxın ərazidə 25 PUA-nın zərərsizləşdirildiyini bildirib. Rostov vilayətində təxminən 15, Tula vilayətində 27, Sevastopol üzərində isə 13 PUA vurulub.