Rusiyanın müvəqqti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA xəbər verir ki, bu barədə Estoniya XİN rəhbəri Marqus Tsahkna “X” hesabında məlumat verib.
Buna səbəb kimi Rusiyaya məxsus SU-30 qırıcı təyyarəsinin Estoniya hava sahəsini pozması və təxminən bir dəqiqə burada qalması göstərilib.
“NATO Hava Polisliyi misisyası cəld şəkildə hərəkətə keçdi və İtaliya Hərbi Hava Qüvvələri əraziyə göndərildi. Estoniyanın təhlükəsizliyi üçün heç bir təhdid qeydə alınmadı”,- Tsahkna bildirib.