Rusiyanın regionları üzərində gecə ərzində 283 Ukrayna PUA-sı vurulub

Rusiyanın hava hücumundan müdafiə vasitələri ötən gecə ərzində ölkə ərazisi üzərində 283 Ukraynaya məxsus pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Bildirilib ki, martın 20-si saat 23:00-dan 21 mart saat 07:00-dək Bryansk, Smolensk, Kaluqa, Belqorod, Voronej, Rostov, Volqoqrad, Tula, Ryazan, Kursk, Saratov, Samara vilayətləri, həmçinin Krım, Tatarıstan və Moskva bölgəsi üzərində PUA-lar vurulub.