Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb

Rusiya hücumu nəticəsində Ukraynanın Sumı vilayətinin Şostka rayonunun Yampol kəndində 2 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Sumı vilayət hərbi administrasiyasının rəhbəri Oleq Qriqorov "Telegram" kanalında bildirib.

"Düşmən Yampol icmasının mərkəzi hissəsinə hücum edib, nəticədə 2 nəfər ölüb. Yaralanan 4 qadın isə xəstəxanaya çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir", - o yazıb.

O. Qriqorovun sözlərinə görə, ölənlərin şəxsiyyəti müəyyənləşdirilir, hücumun bütün təfərrüatları və nəticələri araşdırılır.