Ruslar bu istiqamətdə irəlilədi

Rus ordusu Donbasda hücum əməliyyatlarını davam etdirir və son 24 saat ərzində 7 yaşayış məntəqəsi istiqamətində irəliləməyə nail olub.
Axar.az xəbər verir ki, bu barədə “DeepState” analitikləri məlumat yayıb.

“Ruslar Nyu York, Tsukurino, Qornyak, Vodyanoy, Uqledar, Preçistovka və Toretsk yaxınlığında irəliləyiblər”, - ekspertlər qeyd edib.

Ukrayna Baş Qərargahı bu istiqamətlərdə hücum olduğunu təsdiqləyib. Vurğulanıb ki, son 24 saat ərzində 162 hərbi toqquşma baş verib.