ABŞ-nin Almaniyadakı qoşunlarını çıxararkən NATO ilə məsləhətləşmələr aparacağına ümid edirik.
Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Buxarestdə keçirilən mətbuat konfransında bildirib.
Rutte deyib: "Əlbəttə ki, qoşunlarını nə vaxt və necə yerləşdirəcəklərinə qərar vermək tamamilə ABŞ-nin səlahiyyətindədir, amma biz bunu yaxından məsləhətləşmələr yolu ilə edəcəyik".
O, bu qoşunların Polşaya yerləşdirilməsinin mümkün olub-olmadığı ilə bağlı suala cavab verməkdən imtina edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən ay 36.500 əsgərdən 5.000-ni Almaniyadan çıxarmaq barədə qərar verib.
Rutte qeyd edib ki, Amerikanın Avropadakı mövcudluğu hələ də kifayət qədər genişdir: "Hamımız bilirik ki, ABŞ Asiyaya daha çox qüvvə yönəltməli olacaq. Biz çəkindirmə səviyyəsinin yüksək qalmasını təmin etməliyik ki, ABŞ tədricən səylərini digər prioritetlərə yönəltdikdə avropalılar da daxil edilsin."