"Sağalıb, valideynlərimə kömək etmək istəyirəm” - Dostları belə ondan qorxur
16:37 21.03.2021
Dünya
941
Suriyanın İdlib şəhərində yaşayan, ancaq daxili müharibə səbəbiylə 2015-ci ildə Türkiyəyə sığınan altı uşaqlı Sufan ailəsinin övladı Mehmet kraniofasiyal anomaliya (kəllə sümük qüsurları) ilə doğulub.
Onun yaşı artdıqca alnı şişməyə başlayıb. Xəstəliyi səbəbiylə sağ əlini istifadə edə bilməyən Sufanın bir gözünün görmə qabiliyyəti hər keçən gün azalmağa başlayıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türkiyədə küçələrdən karton toplayaraq dolanışıqlarını təmin edən Rafid Sufan oğlunun bu vəziyyətinə çox üzüldüyünü və maddi çətinliklər ucbatından onun müalicəsini davam etdirə bilmədiklərini qeyd edib:
“Oğlum xəstədir və əməliyyat olunmalıdır. Suriya və Türkiyədəki bəzi xəstəxanalara apardıq, bəzi əməliyyatlar keçirdiyinə baxmayaraq, heç bir irəliləyiş əldə edə bilmədik. Qazandığım pul yalnız yeməklərimizə və kirayə haqqımıza çatır. Mehmet dostlarının sağlam olduğunu görəndə öz halına kədərlənir. Dostları da ondan qorxurlar. Küçədə gedən oğlumu görəndə məhəllə uşaqları yola düşür, oğlum tək qalır. Qorxduqları üçün heç kimlə dostluq edə bilmir. Mən pul istəmirəm, oğlumun sağlam olmasını istəyirəm, dostları ilə oynamasını istəyirəm"
Sufan ailənin yaşadığı Antakyadakı Kurtuluş küçəsində yaşayan insanlar Mehmet Sufanı hər dəfə görəndə vəziyyətinə görə üzgün olduqlarını deyirlər. Biznesmen Mehmet Çağrı söhbətləşib və kömək etdikləri gənci gördükdə zaman-zaman pul vermək istədiklərini, ancaq Mehmetin qəbul etmədiyini söyləyir.
Xəstəlikdən qurtulmaq istədiyini və böyük çətinliklər yaşadığını dilə gətirən Mehmet Sufan dostlarının ondan qorxmamasını, onlarla normal ünsiyyət qurmaq istədiyini bildirib:
“Allah Türkiyə dövlətindən razı olsun ki, bizə qapılarını açdı və burada yaşamağa icazə verdi. Mən artıq bu xəstəlikdən qurtulmaq, müalicəsinin mümkün olduğu bir xəstəxanada əməliyyat olunmaq, sağalmaq istəyirəm. Dostlarım məndən qorxur və bu hal məni üzür. Daha onların məndən narahat olmağını istəmirəm. Gözüm aşağıya doğru əyilir, axır. Yatanda gözümü yuma bilmirəm. Sağalıb, valideynlərimə kömək etmək istəyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya