SENSASİYA: Tacikistanla Qırğızıstan arasında qarşıdurma nəzarətdən çıxacaq
07:23 01.05.2021
Dünya
713
"Dünyanı idarə edən və “parçala, hökm sür” siyasətini davam etdirən güclər yeni münaqişə ocağı yaratmaqdadır".
Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Xəyal Bəşirov deyib. O qeyd edib ki, Tacikistanla Qırğızıstan arasında baş vermiş münaqişə gündən-günə böyüyəcək və həllolunmaz hal alacaq:
"Artıq baş verən hadisələr nəticəsində vəziyyət nəzarətdən çıxıb. Tərəflərin baş verənlərə heç bir təsir imkanları olmayacaq. Diqqətlə fikir versək, görərik ki, dünyada bu günə qədər heç bir münaqişə həllini tapmayıb. Əksinə, münaqişələrin sayı artmaqdadır.
Təsəvvür edin ki, dünyada gücü və mövqeyi ilə seçilən İsrail dövləti belə, yəhudilərin ərəb xalqlarının mərkəzində yerləşdirilməsi və əbədi münaqişə ocağına yuvarlanması ilə yaradılıb. Nəticədə həlli üçün işıq ucu görünməyən vəziyyət alıb. Bizi maraqlandıran Ermənistan-Azərbaycan münaqişəsi də eyni qəbildəndir".
X.Bəşirov əlavə edib ki, zamanında bu əraziyə köçürülərək münaqişə tərəfi kimi regiona yerləşdirilən ermənilər də böyük bir planın tərkib hissələri olub:
"Sadəcə, Sovetlər Birliyi bu məkrli planın reallaşmasını özü də istəmədən 70 il gecikdirdi. Ancaq hələ ki, həllinə nail olmayan İsrail dövlətinin nümunəsini tətbiq edən Azərbaycan bu münaqişəni yalnız özünün zoru və gücü hesabına həll etmək qərarı verdi. Təbii ki, bunu dünya üzrə münaqişə müəllifləri Azərbaycana bağışlamaq istəmir və qisasını almaq istəyir. Qarşılarını alan Türkiyə faktoru ilə yanaşı Zəngəzur adlı dünyanın yeni iqtisadi və nəqliyyat arteriyası rolunu oynayacaq dəhliz amilidir. Ona görə də Qarabağ münaqişəsi bir neçə problemin qalmasına baxmayaraq, həllini tapmış problemdir. Geridə qalan müəyyən detallardır ki, müəyyən zaman ərzində qalib tərəfin diktəsi və reallığı əks etdirən şərtlərin təsiri ilə həllini tapacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya