SEPAH hərbçiləri Yəməndə öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü və onunla əlaqəli bir iraqlı Yəmən hökumət qüvvələri ilə “Ənsarallah” Hərəkatı arasındakı toqquşma zamanı öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Al-Arabiya” Yəmən hökumətinə istinadla məlumat yayıb.

Məlumata görə, bu üç nəfər Yəməndə SEPAH-ın hərbi mütəxəssisləri kimi fəaliyyət göstərib. Yəmən mənbələri öldürülən şəxslərin kimliyi, eləcə də onların nə vaxt və harada öldürüldüyü barədə ətraflı məlumat verməyib.

“Al-Arabiya” həmçinin bildirib ki, “Ənsarallah”ın hərbi birləşmələrindən biri “Əl-Əlviyə əl-Fəth” briqadasının komandiri dron hücumu nəticəsində yaralanıb.