SEPAH: İyulun 8-dən ABŞ-yə məxsus 11 hərbi təyyarə məhv edilib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhibi iyulun 8-dən bəri ABŞ-la yenidən alovlanan qarşıdurma zamanı İran Silahlı Qüvvələrinin ABŞ-nin regiondakı bazalarında yerləşən 11 hərbi təyyarəsini məhv etdiyini iddia edib.

Sherg.az xəbər verir ki, onun sözlərinə görə, məhv edilənlər arasında bir F-15 qırıcısı, bir P-8 Poseidon kəşfiyyat təyyarəsi, bir C-17 hərbi-nəqliyyat təyyarəsi və səkkiz yanacaqdaşıyan təyyarə var. Möhibi, həmçinin 17 ABŞ kəşfiyyat və döyüş pilotsuz uçuş aparatının da vurulduğunu bildirib.