Şimali Koreyanın XİN rəhbəri Moskvaya getdi

Şimali Koreyanın xarici işlər naziri Tsoy Tson Hi rəsmi səfərlə Moskvaya gedib.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın KXDR-dəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

“KXDR XİN rəhbərinin Rusiyaya səfəri ölkələrimizin liderləri tərəfindən 2024-cü ilin iyununda keçirilən sammit zamanı əldə edilmiş strateji dialoq çərçivəsində baş verir”, - məlumatda deyilir.