Son 55 ilin ən soyuq qışı: Hər tərəf qara bürünüb
Yusif Nəzərli
09:15 11.02.2024
Dünya
689
Ərdəhan bölgəsində son 55 ilin ən soyuq, şaxtalı qışı yaşanır. Kəndlərdəki evlər bütünlüklə qarın altında qalıb. Sakinlər evlərindən zorla çıxaraq qapılarının önünü, yolu açmağa çalışır.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Ərdəhan valisi Xeyrəddin Çiçək bölgənin ağ örtüyə büründüyünü əsk etdirən fotoları sosial media hesabında paylaşıb. Valinin yazdığına görə, Şərqi Anadolunun dəniz səviyyəsindən ən yüksək bölgəsi (1900 metr) olan Ərdəhanda son 55 ilin ən soyuq qışı yaşanır və qar örtüyünün qalınlığı da rekord göstəricidədir. Şəhər mərkəzində qarın hündürlüyü 95 santimetr, ətraf bölgələrdə isə 120 santimetrdə çatıb, yüksək ərazilərdə isə 1.5 metrdən artıqdır. Kənd yerlərində evlər büs-bütün qara bürünüb. Xüsusi xilasetmə qrupu çətin keçilən yolları qardan təmizləyir. Şəhər mərkəzindən 10 kilometr aralıda yerləşən Sugözə kəndinin yolu da qardan təmizlənir. Kənddə güclü şaxta suyu da dondurub. Kəndlilər heyvanlarını suyla təmin etmək üçün dərələrə enirlər. Kəndlilərsə deyir ki, Ərdəhan hətta günəşin də üşüdüyü yerdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya