
Suriyaya yardım Türkiyənin öz təhlükəsizliyi üçün də vacibdir -Politoloq
09:50 27.01.2025
Dünya
419
Çünki rəsmi Ankara, Suriyadakı bəzi qruplaşmaları, xüsusən də PKK/PYD kimi terror təşkilatlarını özünə təhdid olaraq qəbul edir
Suriyada səfərdə olan Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın müvəqqəti hökumətin rəhbəri Əhməd əş-Şara ilə görüşüb.
Bu barədə Suriya Xarici İşlər Nazirliyinin X səhifəsində məlumat yayılıb.
Görüşdə Suriya XİN rəhbəri Əsəd Həsən əş-Şeybani, Kəşfiyyat Təşkilatının rəhbəri Enes Xəttab da iştirak edib.
Görüşdə nələrin müzakirə edildiyi açıqlanmır.
Politoloq Turab Rzayev "Sherg.az"a bildirib ki, Türkiyə və Suriya arasında bu kimi görüşlərin zaman-zaman şahidi olacağıq:

"Suriyada yeni dövlət qurulur və bu mərhələdə ölkənin hər cür köməyə ehtiyacı var. Həmçinin təhlükəsizlik, hərbi və iqtisadi yardım məsələlərində Türkiyədən və Ərəb ölkələrindən maliyyə yardım qaçılmazdır. Çünki hesablamalara görə, Suriyanın bərpası üçün 100 milyardlarla dollar lazımdır. Hətta xalq elektrik, benzin, qida ilə bağlı problemlərlə üzləşir. Digər tərəfdən, bu dövlətə yardım Türkiyənin öz təhlükəsizliyi üçün də vacibdir. Çünki rəsmi Ankara, Suriyadakı bəzi qruplaşmaları, xüsusən də PKK/PYD kimi terror təşkilatlarını özünə təhdid olaraq qəbul edir. Türkiyə bu kimi qruplaşmaların hələ də əlində olan torpaqları Suriyaya birləşdirməyə çalışır. Bütün bunlarla yanaşa ABŞ də Suriyaya qarşı olan sanksiyaları artıq yumşaldıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu ölkələr arasında vasitəçilik rolunu oynayır. Lakin ABŞ PKK/PYD/YPG-yə qarşı hərbi əməliyyatları dəstəkləmir. MİT rəhbərinin Suriyadakı səfərində bu problem müzakirə oluna bilər".
Politoloq əlavə edib ki, ümumiyyətlə hazırkı Suriya rejiminin hakimiyyətə gəlməsində Türkiyənin xüsusi yeri var:
"Buna görə də istər-istəməz iki ölkə arasında mütəmadi olaraq təsisliklə bağlı müxtəlif təmaslar davam etdiriləcək. Eyni zamanda Suriyada enerji təhlükəsizliyi ilə bağlı çətinliklər mövcuddur. İran ölkəyə gələn enerji xətlərini bağlayıb. Rəsmi Tehran buradakı etnik və ələvi qrupları rejimə qarşı müharibəyə sürükləyir, onlara dəstək olur. Bu təşkilatların zərərsizləşdirilməsi və qarşısının alınması ilə bağlı Türkiyə ilə müəyyən danışıqların olması labüddür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya